AZ

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Bakı, 20 mart, AZƏRTAC

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İkinci Fəxri xiyabanı, Xırdalan şəhərindəki və Saray qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra şəhidlərimizin ailə üzvləri ilə görüşüb və onların qayğıları ilə maraqlanıb.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ziyarət və görüşlərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərindən danışılıb. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və siyasi iradəsi, igid oğullarımızın qəhrəmanlığı sayəsində 44 gün ərzində düşməni torpaqlarımızdan qovaraq Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

Şəhid ailələri dövlət tərəfindən onlara daim diqqət və qayğı göstərildiyini qeyd edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər xiyabanları icra hakimiyyətinin əməkdaşları, nümayəndəlik və yerli bələdiyyələr tərəfindən ziyarət olunub, ailələri ilə görüşülərək Novruz bayramları təbrik edilib.

Seçilən
97
2
azertag.az

3Mənbələr