AZ

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Naxçıvan, 20 mart, AZƏRTAC

Martın 23-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatına görə, muxtar respublikada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə saniyədə 10-15 metr sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti saniyədə 18 metrədək güclənəcək.

Sarı xəbərdarlığa əsasən ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Seçilən
148
10
azertag.az

10Mənbələr