Bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2 310 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb.