Bakı, 20 mart, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Qeyd edək ki, Azərbaycan yarışda 8 çəki dərəsində 11 cüdoçu ilə (7 kişi, 4 qadın) təmsil olunacaq. Yarış martın 21-də Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Kişilər
-60 kiloqram
1/16 final
Murad Muradlı - Jaba Papinaşvili (Gürcüstan)
-66 kiloqram
1/16 final
Nazir Talıbov - Laşa Nadiradze (Gürcüstan)
Rəşad Yelkiyev - Luka Saqanelidze (Gürcüstan)
-73 kiloqram
1/32 final
Qədir Hüseynov - Viktor Sterpu (Moldova)
1/16 final
Rüfət Şövlətov - Alberto Qaytero (İspaniya) / Andres Sandoval (Kolumbiya) cütünün qalibi ilə
-81 kiloqram
1/32 final
Məhərrəm İmamverdiyev - Yaniv Aqronov (İsrail)
-100 kiloqram
1/16 final
Elmar Qasımov - İmeda Qoqoladze (Gürcüstan)
Qadınlar
-52 kiloqram
1/8 final
Aydan Vəliyeva - Qal-od Tserentoqtox (Monqolustan)
-57 kiloqram
1/16 final
Fidan Əlizadə - Bianka Reis (Braziliya)
-70 kiloqram
1/16 final
Günel Həsənli - Kaya Şuster (Sloveniya)
Südabə Ağayeva - Qyoya Vetterli (İsveçrə)