UEFA Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib. Manset.az xəbər verir ki, A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda Türkiyə yığması Macarıstanla üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada Türkiyə millisi rəqibini 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Orkun Gökçü, Kərəm Aktürkoğu və İrfan Kahveci fərqlənib. Qonaqların yeganə qolunu Andreş Şefer vurub.