AZ

Trampdan İsrailə dəstək

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağındakı hərəkətlərini və İsrail Silahlı Qüvvələrinin gördüyü tədbirləri tam dəstəkləyir.

Azreform.info ” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

O xatırladıb ki, Tramp əvvəllər “HƏMAS” bütün girovları azad etməsə, onu sərt tədbirlərlə hədələyib.

“Təəssüflər olsun ki, HƏMAS mediada insanların həyatı ilə oyunlar oynamağa üstünlük verib. Unutmayaq ki, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı amansız hücuma keçərək, hazırkı vəziyyətə görə məsuliyyət daşıyan odur. Prezident bütün girovların evlərinə qayıtmasını istəyib, İsraili və ordusunu tam dəstəklədiyini açıq şəkildə bildirib”.

Seçilən
41
1
azreform.info

2Mənbələr