AZ

Netanyahu İran xalqını təbrik etdi:

İsrail Baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Netanyahu təbrik mesajını video-müraciətlə çatdırıb.

 

“Mən İran xalqına xoşbəxt Novruz arzulamaq istəyirəm. Sizə sağlamlıq, xoşbəxtlik, rifah və hər şeydən əvvəl azadlıq diləyirəm. Qoy bu il rialın həqiqi dəyər qazandığı, sizə həqiqətən xeyir arzulayanlarla, o cümlədən mənim ölkəm – İsraillə dostluq ili olsun. Qoy bu il zülmdən azad olmaq, ehtiyacdan azad olmaq, yaşamaq və seçim etmək azadlığı ili olsun”, - Netanyahu bildirib.

Seçilən
47
4
senzor.az

5Mənbələr