Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Biz narahat olmaya bilmərik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin təsdiqlənməsinin başa çatması ilə bağlı irəliləyişlərə və xəbərlərə baxmayaraq, son vaxtlar, təəssüf ki, iki ölkə arasında sərhəddə gərginliyin artması ilə bağlı daha tez-tez xəbərlər gəlməkdədir”, - o deyib.
“Rusiya tərəfi öz tərəfdaşlarını təmkinli olmağa və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır”, - Zaxarova bildirib.