AZ

İsraildə ilk dəfə hökumət Şin-betin rəhbərini vəzifəsindən azad etdi

İsrail Nazirlər Kabineti Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

    Bu, ölkə tarixində hökumətin Şin-bet rəhbərini vəzifəsindən azad etməsi ilə bağlı ilk belə haldır. Ronen Barın səlahiyyət müddəti aprelin 10-da, bu vaxta qədər yerinə təyinat olarsa, daha tez başa çatacaq.

    Binyamin Netanyahu etimadını itirdiyi üçün Ronen Barı vəzifəsindən azad edəcəyini martın 16-da açıqlamış və bu, birmənalı qarşılanmamış, etiraz aksiyalarına yol açmışdı.

    Seçilən
    84
    3
    bakivaxti.az

    4Mənbələr