
Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.
“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” agentliyi Almaniya və Fransa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyini bildirmişdi.