Gədəbəydə yarğana yıxılan kişi ölüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini, 1977-ci il təv. Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşmüş və orada ölüb.
Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.