AZ

"Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək"

ABŞ qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi Birləşmiş Ştatlar Prezidenti Donald Trampın administrasiyası üçün prioritet deyil.

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Amerika prezidentinin prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-ın Suriyada hərbi mövcudluğunu saxlamağın məntiqini şübhə altına almağa başlayıb. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək", - Fidan qeyd edib.

İsrailin Suriya ərazisində olması məsələsinə toxunan XİN rəhbəri xatırladıb ki, İsrail Suriyanın cənubunu 50 ilə yaxındır ki, işğal edib. 

Seçilən
121
7
day.az

8Mənbələr