AZ

DÇ-2026-ya ilk vəsiqə

Yaponiya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Msport.az xəbər verir ki, yığma seçmə mərhələnin VII turunda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlməklə vaxtından əvvəl mundiala yüksəlib.

“Gündoğan ölkə” təmsilçisi yer aldığı C qrupunda 19 xalla minimum ikinci yeri özü üçün təmin edib. Yaponiyanı 10 xalla Avstraliya təqib edir. Səudiyyə Ərəbistanı, İndoneziya, Bəhreyn və Çin milliləri isə hərəyə 6 xal toplayıblar.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn ilin iyun-iyul aylarında Kanada, Meksika və ABŞ-da keçiriləcək.

Seçilən
46
2
msport.az

4Mənbələr