AZ

Daha bir nəfər spirtdən zəhərlənərək öldü

Beyləqanda spirtdən zəhərlənən kişinin həyatını xilas etmək mümkün olmayıb.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, spirtli içkidən zəhərləndiyi deyilən rayon sakini, 1967-ci il təvəllüdlü Ramiz Orucov Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
203
49
news24.az

10Mənbələr