AZ

TƏBİB Cəlilabadda evdə doğuş edən qadının vəfatının səbəblərini açıqlayıb

Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı TƏBİB açıqlama verib.

“İki sahil” xəbər verir ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub.

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib”.

Bildirilib ki, saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.

“Bütün reanimasiyon tədbirlərə baxmayaraq, 20.03.2025-ci il tarixində saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.

Seçilən
64
7
ikisahil.az

9Mənbələr