Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” sığorta şirkəti martın 21-i Beynəlxalq Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xüsusi tədbir keçirib.
Tədbir korporativ sosial məsuliyyət çərçivəsində daun sindromlu uşaqların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrinə dəstək olmaq məqsədilə təşkil edilib.
Tədbir zamanı uşaqlar üçün rəngarəng şoular, əyləncəli oyunlar və müxtəlif hədiyyələr təqdim olunub. Musiqi sədaları altında rəqs edən uşaqlar tədbirə xoş və unudulmaz anlar bəxş edib.
Şənliyin sonunda uşaqlarla birgə tort kəsilib və xatirə şəkli çəkdirilib.
Tədbirin təşkilinin əsas məqsədi, daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların özlərini daha dəyərli hiss etmələrini təmin etmək, cəmiyyətin diqqətindən kənarda qoymamaq və onların sosial mühitdəki rolunu artırmaqdır.


