AZ

KİV: Ağ ev Maskın ictimai bəyanatlarından narahatdır

ABŞ Prezidenti Donald Trampın çevrəsində ABŞ Dövlət Səmərəliliyi Departamentinin (DOGE) başçısı İlon Maskın mətbuata tez-tez müsahibə verməsinin lazım olub-olmadığı ilə bağlı şübhələr irəli sürülüb.

Aznews.az “NBC News”a istinadən xəbər verir ki, narahatlığın səbəbi Maskın Prezidentin mövqeyi ilə ziddiyyət təşkil edən və Respublikaçı Partiyasının üzvləri arasında gərginlik yaradan sosial təminat məsələləri ilə bağlı tənqidi fikirləri olub.

Ağ evdəki mənbələrə görə, Maskın bəyanatları təqaüdçüləri narahat etsə də, bunlar Tramp administrasiyasının siyasətinə təsir etməyəcək.

“Biz sosial təminata toxunmağı planlaşdırmırıq”, – telekanalın həmsöhbətləri vurğulayıb.

Seçilən
141
5
aznews.az

7Mənbələr