AZ

Azərbaycan qoz-fındıq idxalını azaldıb, ixracını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 42,028 milyon ABŞdolları dəyərində yeməli meyvələr və qoz-fındıq, sitrusmeyvələrinin qabıqları və ya qovun qabıqcıqları idxal olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 1,381 milyon ABŞ dolları və ya 3,2% azdır.

Hesabat dövründə sözügedən məhsulların idxalı ölkənin ümumiidxalında 1,02% paya malik olub.

Eyni zamanda, 2025-ci ilin ilk iki ayında Azərbaycandan 79,928milyon ABŞ dolları dəyərində 73,981 min ton yeməli meyvələr vəqoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqlarıixrac olunub.

Bu isə 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədədəyər baxımından 13,524 milyon ABŞ dolları və ya 20,4%, həcmbaxımından isə 13,882 min ton və ya 23,1% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.

Seçilən
12
7
az.trend.az

4Mənbələr