"YouTube" yeni funksiyanı sınaqdan keçirir.
Valyuta.az xəbər verir ki, bu funksiya ilə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər. Yenilik "YouTube Premium" abunəçiləri üçün əlçatan olacaq.
Hal-hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır.