AZ

Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff

Ukrayna NATO-ya daxil olmayacaq, lakin üzvlük olmadan onun 5-ci maddə ilə müdafiəsi olub-olmayacağı müzakirə olunur.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff amerikalı jurnalist Taker Karlsonamüsahibəsindədeyib.

“Düşünürəm ki, Zelenski və onun sağ əli Yermak Ukraynanın NATO üzvü olmayacağını demək olar ki, qəbul ediblər. Onların 5-ci maddə (NATO-nun kollektiv müdafiəsi) adlanan müdafiəsinə sahib olub-olmayacağı barədə çox danışılıb",- deyə o bildirib.

Vitkoffun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında sülh sazişi olarsa, Ukrayna NATO-ya üzv ola bilməyəcək.



Xəbər 1022 dəfə oxunub.
Seçilən
146
xezernews.az

1Mənbələr