ABŞ prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyinə onun administrasiyasının siyasətinə zidd işlərlə məşğul olan hüquq firmalarına və vəkillərə təzyiq göstərməyi əmr edib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Bildirilir ki, Tramp ədliyyə nazirinə və ABŞ-ın baş prokuroru Pem Bondiyə “ciddi, əsassız və əsəbi iddialar” aparan vəkillərə məhkəmədə məhdudiyyətlər tətbiq etməyi tapşırıb.
Nəşr qeyd edir ki, Ədliyyə Nazirliyi artıq hökumətin məhdudiyyətlərinə məruz qala biləcək ondan çox şirkətin, o cümlədən əvvəllər bağlanmış dövlət müqavilələrini itirə biləcək bu cür şirkətlərin müştərilərinin siyahısını tərtib edib.
"Bloomberg" isə hesablayıb ki, Tramp administrasiyası vəzifədə olduğu ilk iki ayda qərarlarına etiraz edən 150-dən çox məhkəmə prosesi ilə üzləşib. ABŞ hökumətinin fəaliyyətinin məhkəmədə etiraz edilən əsas istiqamətləri arasında qeyri-qanuni immiqrasiya və Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) proqramlarına qarşı mübarizə, həmçinin ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) fəaliyyəti və dövlət işçilərinin kütləvi şəkildə ixtisar edilməsi daxildir.