Ağ Evin rəhbəri Donald Tramp Koloradoda ABŞ Prezidentlərinin Portret Qalereyasında nümayiş etdirilən portretindən narazılığını bildirib.
Publika.az xəbər verir ki, Amerika lideri bu məsələ ilə bağlı fikirlərini martın 23-də “Truth” sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, heç kim özünün pis fotolarını və ya rəsmlərini bəyənmir.
"Lakin Koloradoda, ştatın paytaxtında nümayiş etdirilən portretlər qəsdən təhrif edilib", - Tramp deyib.
Portret, Trampın qeyd etdiyi kimi, Ağ Evin keçmiş rəhbəri Barak Obamanın da portretini çəkən rəssam Sarah Boardman tərəfindən hazırlanıb.
Hazırkı Amerika lideri qeyd edib ki, Obama öz portretində “gözəl” görünür, Boardman isə onu “ən pis” kimi təsvir edib.