AB-nin yüksəkvəzifəli müşaviri artıq Ermənistan hökumətinə ezam olunub, Fransa isə CEPA sazişinin icrası üzrə müxtəlif nazirliklərdə çalışan beş müşavir göndərib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan parlament komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, digər ölkələrdən də ekspertlərin cəlb olunması nəzərdən keçirilir.