İranın cənub-şərqində yerləşən Kerman əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, təkanların episentri 8 km dərinlikdə qeydə alınıb.
Məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin iki xilasedici qrupu dəyən ziyanın miqyasını qiymətləndirmək üçün zəlzələ baş verən əraziyə yaxın kəndlərə göndərilib.
Bizim.Media