“Prezident Donald Trampın ABŞ-nin NATO-dakı aparıcı rolu, o cümlədən döyüş hissələrinin komandanlıq strukturunda mümkün dəyişiklik barədə yenidən düşünməsi Rusiya lideri Vladimir Putinə hədiyyədir. Lakin heç nə Kremli xoşbəxt edə bilməz”.
Bizim.Media xarici KİV-ə xəbər verir ki, bu barədə təqaüddə olan ABŞ generalı Uesli Klark bildirib.
"Bu, Birləşmiş Ştatlar, nüvə qüvvələrimiz, ABŞ ordusu və Avropa arasında ən mühüm əlaqədir. Siz ABŞ-ni NATO-dan ayırırsınız. Siz bununla kəşfiyyat məlumatlarını əlinizdən alır, eyni zamanda ABŞ kanalları və NATO kanalları ilə işləmək imkanını əldən verirsiniz", - Klark deyib.
Ayşən Rəhim, Bizim.Media