AZ

U-19 millimizin Xorvatiyaya gedəcək yekun heyəti açıqlandı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası (U-19) bu gün Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son məşqini keçirib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, U-19 millimiz futzal üzrə Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşır. Komandamız bu məqsədlə martın 16-dan təlim-məşq toplanışına yığışıb.

Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət etsə də, səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 nəfərlə yollanacaq. Artıq millimizin yekun heyəti də müəyyənləşib.

Azərbaycan yığmasının səfərə yollanacaq yekun heyətini diqqətinizə çatdırırıq:

Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə;

Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı.

Qeyd edək ki, U-19 millimiz martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Seçilən
79
10
arena.az

10Mənbələr