AZ

“Belarusla oyundan üzüağ çıxmaq istəyirik”

“Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. İnşallah, qazanarıq”.

Msport.az xəbər verir ki, bu sözləri  Azərbaycan millisinin üzvü Belarusa qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

– Ötən oyun uduzduqdan sonra Toral Bayramov xalqımızdan üzr istəmədi. Maksimum nəticə üçün hansı addımlar atmısınız ki, tənqid olunmayasınız?

– Ağır nəticə oldu. Belə olmasını istəməzdik. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Bu qarşılaşmadan üzüağ çıxmaq istəyirik.

– Təcrübəlilər sənə dəstək olur? 

– Millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi.

– Belarus və Haiti nə dərəcədə fərqlənir?

– Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik.

Seçilən
54
2
msport.az

5Mənbələr