AZ

Lavrovla Mirzoyanın telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər ikitərəfli, regional və qlobal gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Lavrov İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında əldə olunan irəliləyişin Moskvada yüksək qiymətləndirilildiyini söyləyib.

Seçilən
128
7
operativmm.az

9Mənbələr