AZ

Türkiyədə 43 mədənçinin ölümünə görə onlar cəzalandırıldı - 17 ilədək həbs...

Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.

Publika.az xəbər verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs çıxarılıb.

Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.

Qeyd edək ki, istintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.

Seçilən
92
6
publika.az

7Mənbələr