Vaxtilə “Xəzər-Lənkəran” klubunun baş məşqçisi olmuş rumıniyalı mütəxəssis yenidən Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, təcrübəli məşqçi menecerlər tərəfindən “Kəpəz”ə təklif olunub.
Gəncə klubunun yeni sponsoruna Redniklə işləmək və onu komandaya baş məşqçi təyin etmək tövsiyə olunub. Ancaq Rednik komandaya gəlsə belə bu ən yaxşı halda növbəti mövsümdə baş verə nilər. Bunun üçün ilk növbədə komanda Premyer Liqada yerini qorumalıdır. Ancaq “Kəpəz” Premyer Liqada qalsa, baş məşqçi Azər Bağırovun istefaya göndərilməsi o qədər də inandırıcı görünmür. Rəhbərlik belə qərar versə belə, bu ən azından baş məşqçiyə qarşı hörmətsizlik olar.
Rəşad Rafiqoğlu, Bizim.Media