AZ

Gədəbəydə qar uçqununda əsgərlərin həlak olma faktı üzrə cinayət işi başlandı

Əsgərlərin həlak olma faktı üzrə cinayət işi başlandı

Azərbaycan Ordusunun iki əsgəri - İmanov Əli Tariyel oğlu və əsgər Həmidov Rüstəm Ruslan oğlunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olması faktı üzrə araşdırmalar davam edir.

Hurriyyet.az Teleqraf.Az-a istinadən xəbər verir ki,hər iki əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb, intensiv istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər R.Həmidov və əsgər Ə.İmanov Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşüblər. Martın 21-də onların nəşi tapılıb.

Rüstəm Həmidov Bərdə şəhərində, Əli İmanov isə Sabirabadın Muğan Gəncəli kəndində dəfn olunub.

 

Seçilən
98
2
hurriyyet.az

3Mənbələr