Ukrayna Prezidenti Vladimir Zelenskinin kabinetinin arxasındakı istirahət otağında asdığı rəsmlər müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, rəsmlərdən birində yanan Kreml, digərində isə batmaqda olan Rusiya hərbi gəmisi təsvir edilib.
Rəsmlərin dəyəri bir neçə yüz dollar olsa da, Zelenski üçün onlarda təsvir olunan mənzərələrin çox qiymətli olduğu bildirilir.
Zelenski özü isə rəsmlərin hər birinin qələbə haqqında olduğunu söyləyib.