Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ABŞ Prezidenti Donald Trampın komandasındakı bəzi insanlara məlumatlar vasitəsilə təsir etməyi bacarıb.
Aznews.az xəbər verir ki, Ukrayna Prezidenti bunu “The Time” qəzetinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, məlumatlarda bildirilir ki, guya ukraynalılar müharibəni bitirmək istəmirlər və Kiyevi müharibəni sonlandırmağa məcbur etmək üçün nəsə etmək lazımdır.