AZ

"CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik" - Ərdoğan

“Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, son 5 gündə baş verənlər Türkiyədə ana müxalifət partiyasının qeyri-adekvat olduğunu göstərib.

"Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”, - dövlət başçısı deyib.

Seçilən
41
11
publika.az

10Mənbələr