AZ

Tramp bu portretinə qəzəbləndi: "Qəsdən eybəcər çəkilib, yığışdırın" - FOTO

ABŞ Prezidenti Donald Tramp Kolorado ştatının parlament binasında olan portretinin yığışdırılmasını əmr edib.

Ölkə.Az xəbər verir ki, ABŞ lideri portretin qəsdən eybəcər çəkildiyini söyləyib.

"Heç kim özünün pis şəklini və ya tablosunu sevmir. Koloradoda Məclis binasında Qubernator tərəfindən digər bütün prezidentlərlə birgə asılan rəsm bəlkə də mənim belə daha əvvəl heç görmədiyim bir səviyyədə təhrif edilib. Rəssam prezident Obamanı da çəkib və o əla görünür, amma mənim portretim həqiqətən ən pisidir. Qocaldıqca qabiliyyətini itirib”, - deyə o söyləyib.

Tramp həmçinin əlavə edib ki, çox sayda insan prezidentin sözügedən portretinə qəzəblənib və şikayət edib.

Billurə Yunus

 

Seçilən
102
4
turanpress.com

5Mənbələr