AZ

Hakan Fidan ABŞ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır.

Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yə səfəri ilə bağlı müzakirələr aparılacaq.

Seçilən
56
50
nocomment.az

10Mənbələr