Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisində “The Times” jurnalına müsahibəsi zamanı divarları “bəzəyən” rəsmlər diqqət çəkib.
Axar.az Globalinfo.az-a istindən xəbər verir ki, foto “The Times” jurnalında dərc edilib.
Zelenskinin qarşısında durduğu divarda asılan rəsm əsərləri oxucuların diqqətindən qaçmayıb. Rəsmlərdə alovlar içində Kreml, ukraynalı hərbçilər və batan “Moskva” hərbi gəmisi təsvir olunub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sözügedən görüntüyə münasibət bildirərkən həmin kabineti “psixi xəstəxana” adlandırıb.