Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra da, müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədindən çıxmalı olduğu halda belə, Avropa İttifaqının (Aİ) mülki missiyası ilə əməkdaşlıq etmək niyyətindədir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
“Biz Aİ ilə müşahidəçilərin yeni mandatını müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Biz Avropa müşahidəçiləri ilə işimizi davam etdirmək üçün düzgün model tapa biləcəyik”, – o qeyd edib.
P.Hovhannisyan, həmçinin bildirib ki, Ermənistan vətəndaşları üçün Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə növbəti danışıqlar raundu apreldə keçiriləcək: “Növbəti mərhələ 2025-ci ilin aprelin 7-11-də planlaşdırılıb”.