AZ

Şamaxıda DƏHŞƏT - 34 yaşlı şəxs güllələnərək öldürülüb

Şamaxıda güllələnmə hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Şamaxı rayonunda qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə güllələyərək öldürüb.

İlkin məlumata əsasən, A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

Fakla bağlı araşdırma aparılır. (Apa)

Bizim.Media

Seçilən
98
1
bizim.media

2Mənbələr