Belçika millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne açıqlama verib.
Publika.az xəbər verir ki, o, Millətlər Liqasının pley-off mərhələsinin ikinci oyununda Ukrayna üzərində qazanılan inamlı qələbəni (3:0, ümumi-4:3) şərh edib:
“Bizə lazım olan bu idi. Bütün oyunumuz yaxşı keçdi. Qələbə və ya heç nə, elə deyilmi? Sadəcə irəli getməli idik. Bəlkə də bəzən boğazına dirənən bıçaqla oynamaq daha yaxşıdır.
Müsbət nəticə əldə etmək lazım idi. Bu, növbəti dəfə inam verir. İndi bilirik ki, biz də Ukrayna kimi güclü komandaya qarşı şanslar yarada və yaxşı oynaya bilərik. Bizi çox da götürməməliyik, amma onu inkişaf etdirə bilərik.