AZ

Ukrayna ordusu Rusiyanın daha bir yaşayış məntəqəsini ələ keçirdi...-XƏRİTƏ

İnternetdə Ukrayna ordusunun Belqorod vilayətində daha bir yaşayış məntəqəsinə nəzarət etdiyi iddia edilir.
 
Moderator.az bu haqda "UNİAN"-a istinadla məlumat yayıb.

“Romanov Light” telegram-kanalını idarə edən rusiyalı “müharibə müxbiri” Vladimir Romanov axşam saatlarında Rusiya ordusunun Belqorod vilayətinin Krasnoyarujsk rayonunda yerləşən Popovka kəndini itirdiyini yazıb. O bu yaşayış məntəqəsinə hücumun başladığını hələ gündüz bildirib:

"Popovka, Krasnoyarujsk rayonu, Belqorod vilayəti -Rusiyanın müvəqqəti olaraq Ukrayna tərəfindən işğal olunmuş ərazisi. Yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib".
 
Belqorod vilayətində döyüşlər
 
"UNİAN"-ın xəbərinə görə, martın 18-də Rusiya Müdafiə Nazirliyi Ukraynanı Belqorod vilayətinə hücum edərək Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında “danışıqları pozmağa” cəhddə ittiham edib.
 
O zaman Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin bölgədəki iki yaşayış məntəqəsi istiqamətində soxulmaq cəhdini elan edib. “Müharibə müxbirləri” ukraynalı döyüşçülərin uğurları və Rusiya ordusunun itkiləri haqqında yazıblar.
 
Martın 23-ü axşam saatlarında rusiyalı bloqçular Demidovka kəndinin Ukraynanın nəzarətinə keçdiyini bəyan ediblər. Qeyd edək ki, ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində hər hansı yeni əməliyyatlar barədə açıqlama verməyib.
 
S.Laçın
Seçilən
109
15
moderator.az

10Mənbələr