AZ

Smartfonu dəyişmək üçün ən optimal müddət

Smartfonun istifadəsi və onu yenisi ilə əvəz etmək üçün optimal müddət üç-dörd il təşkil edir. Pravda.az "Gazeta"ya istinadən xəbər verir ki, bu tövsiyə ilə telekommunikasiya sahəsində ekspert Yekaterina İksanova çıxış edib.

 

O vurğulayıb ki, maksimum dörd ilə qədər smartfon ona xərclənən pulun dəyərini doğruldur və istifadəçi alışdan maksimum fayda əldə edir:

 

"Lakin tövsiyə edilən müddətdən sonra batareyanın fəaliyyəti nəzərəçarpacaq qədər zəifləyir və smartfonun texniki xüsusiyyətləri köhnəlməyə başlayır"

 

Mütəxəssis, həmçinin qulaqlıqların istifadə müddəti haqqında da tövsiyə verib: "Maliyyə imkanınızı nəzərə alaraq qulaqlıqların dəyişdirilməsi üçün optimal müddət təxminən iki-dörd il təşkil edir".

 

Oxu.az

Tarix: 25 Mart 2025, 07:55   
Seçilən
119
4
pravda.az

5Mənbələr