"TikTok"dakı yazışma qanla bitdi - 17 yaşlı gənc bıçaqlandı
Gəncədə yeniyetmə bıçaqlanıb.BUTA.TV İctimai TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsi yaxınlığında baş verib.İlkin məlumata görə, 17 yaşlı T.Əsgərov "TikTok"da mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Yeniyetmə kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.


