2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir.
Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirib. Tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb.