Sakit Okeanda, Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 348 km qərbdə 6,6 maqnitudalı zəlzələ baş verib. Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb. Məlumata əsasən, çərşənbə axşamı Bakı vaxtı ilə saat 05:43-də qeydə alınan zəlzələnin episentri Cənub adasının sahillərindən təxminən 73 km aralıda olub. Episentrdə intensivliyə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir. ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,8 bal qiymətləndirib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.