Bakı. Trend:
“Freshfields” beynəlxalq hüquq şirkəti bp-nin törəmə şirkəti,“TANAP Doğalgaz İletim A.Ş.”-da 12% paya sahib olan, Trans-AnadoluQaz Kəmərinin (TANAP) operatoru BP Pipelines (TANAP) Limiter (“bpTANAP”)-ın nəzarət hüququ olmayan səhmlər paketinin 25% ninalınması ilə bağlı Apollo ilə olan saziş üzrə bp-ə məsləhətlərverir.
Trend-inFreshfields-ə istinadən məlumatına görə, sövdələşməyə əsasən,Apollo bp TANAP-dakı nəzarət hüququ olunmayan paya təxminən 1milyard dollara yiyələnəcək.
Müqavilənin bağlanması üçün tələb olunan nizamlayıcı təsdiqlərvə TANAP səhmdarlarının razılığı şərti ilə sövdələşmənin 2025-ciilin ikinci rübündə tamamlanması gözlənilir.
Xatırladaq ki, bu yaxınlarda bp və Apollo TANAP üzrə sazişimzalayıblar. Sazişə əsasən, Apollo TANAP-da 12% paya malik olan BPPipelines (TANAP) Ltd-də (bp TANAP) nəzarət hüququ olmadan 25faizlik pay alacaq.
Razılaşmaya əsasən, Apollo bp TANAP-ın nəzarət hüququ olmadanpayını təxminən 1 milyard ABŞ dollarına alacaq. Bu əməliyyatdanəldə edilən gəlir bp-nin 20 milyard ABŞ dolları dəyərində aktivsatışı və digər kapital artımı proqramına töhfə verəcək.
Bu əməliyyat bp-yə TANAP-dakı payını monetizasiya etməyə imkanversə də, bp TANAP-ın səhmdarı olaraq qalacaq və bp tərəfindənidarə olunan Azərbaycanın Şahdəniz qaz yatağının qaz təchizatızəncirinin mühüm hissəsi olan boru kəmərində uzunmüddətlikommersiya və strateji maraqlarını, o cümlədən, idarəetməhüquqlarını qoruyub saxlayacaq.
Sövdələşmənin tənzimləyici orqanlar və TANAP səhmdarlarınıntəsdiqi ilə 2025-ci ilin 2-ci rübündə bağlanacağı gözlənilir.
Qeyd edək ki, TANAP Azərbaycanın "Şahdəniz" yatağının ikincimərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyəsərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumidəyəri yeddi milyard dollardan azdır.
TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkiledir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılmasımümkündür. Bu qazın təxminən 6 milyard kubmetri Türkiyəyə, qalanhissəsi isə Avropaya çatdırılır.
TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ciilin yanvar ayının sonunda başlanılıb.
TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildəTürkiyənin Eskışəhər şəhərində keçirilib. Türkiyəyə ilk kommersiyaqaz tədarükü 30 iyun 2018-ci ildə başlanıb. TANAP-ın Avropa iləbirləşməsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyəninİpsala (Edirnə vilayəti) şəhərində baş tutub.
Genişləndirmə üçün ötürmə gücünün ildə 24 milyard kubmetrəçatdırılması məqsədilə bir neçə əlavə kompressor stansiyasınınquraşdırılması tələb olunur. Gücün 31 milyard kubmetrə çatdırılmasıüçün ümumilikdə yeddi kompressor stansiyası lazım olacaqdır.
Hal-hazırda Trans-Anadolu qaz kəməri vasitəsilə hidrogenqarışığının nəqli imkanları araşdırılır. Texniki baxımdan TANAPvasitəsilə nəql edilən təbii qazın tərkibində hidrogenin payı 2faiz səviyyəsində ola bilər.
TANAP sisteminin hesablanmış istismar müddəti 2062-ci ilə qədərdavam edəcək.