AZ

Enerji içkilərinin daha bir QORXUNC ZƏRƏRİ

Saatlarla əqli fəaliyyətlə məşğul olan tələbələr, ağır fitneslə məşğul olan gənclər və xüsusilə imtahan dövründə masada uzun saatlar işləyən böyüklər tərəfindən tez-tez istifadə olunan enerji içkisi istehlakı ürək sağlamlığı üçün həyati təhlükə yarada bilər.
 
Mütəxəssislərin fikirlərinə görə enerji içkiləri qəfil infarkt və ölüm riski yarada bilər.
 
Belə ki, enerji içkiləri ürək döyüntülərini artırır və tərkibində yüksək kofein və digər stimulyatorlar (taurin, guarana, jenşen və s.) səbəbindən yüksək qan təzyiqinə səbəb ola bilər.
 
Bir qutu enerji içkisi qan təzyiqini 10 mmHg, ürək dərəcəsini isə +20 artıra bilər. Bu vəziyyət ürək ritminin pozulmasına və ani qan təzyiqinin artmasına səbəb ola bilər.
 
Həmçinin, bu içkilər ürək damarlarında spazm və qəfil infarkt yarada bilər. Bu təhlükə artıq çəki, yaşlı yaş, qan təzyiqi və diabet kimi ürək xəstəliyi risk faktorları olan insanlarda daha da böyükdür.
 
Alkoqol və ya digər stimullaşdırıcı maddələrlə enerji içkilərini istehlak etmək isə ürək sağlamlığına zərəri artıran səhv addımdır.
 
Buna görə də yorğunluq hissinin öhdəsindən gəlməyin daha sağlam yolları axtarılmalı, bol su içməli, təbii və təzə meyvələr və qurudulmuş meyvələr istehlak edilməlidir.
 
Əlavə olaraq isə, yaşıl çay içilə bilər, həddindən artıq şəkərli qidalanmanın qarşısını da almaq lazımdır.
 
Seçilən
178
1
moderator.az

10Mənbələr