Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Kırnakənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Trend xəbərverir ki, görüşdə Qızılca kəndindən olan seçicilər də iştirakediblər.
Deputat görüşlərdə seçicilərin müraciətlərini dinləyib, onlarımaraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı həmçinin Kırna kəndindən olan şəhidGöydağlı Ramazan Əbülfət oğlu, Qızılca kəndinən olan şəhid RzayevKənan Əbdürrəhman oğlu, Əbrəqunus kəndinən olan şəhid SeyidovMiryasin Mirqafar oğlu və Saltaq kəndindən olan şəhid GülməmmədovAmin Mayis oğlunun ailələrini evlərində ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz və xalqımıztorpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətənövladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir,onların xatirəsini daim əziz tutur. Şəhidlərimizin həyat yoluindiki və gələcək nəsillər üçün nümunədir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlhamƏliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.