AZ

Mahaçqalada yaşayış binasında partlayış oldu -

Mahaçqalada çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib, xəsarət alanlar var.Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan qadın ağır, kişi isə orta ağır vəziyyətdədir.Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.


Seçilən
126
8
metbuat.az

7Mənbələr