AZ

Simonyan: Biz kommunikasiyaların açılması üzrə üçtərəfli formatı bərpa etmək fikrində deyilik

Alen Simonyan: Biz kommunikasiyaların açılması üzrə Rusiya - Azərbaycan - Ermənistan üçtərəfli formatını bərpa etmək fikrində deyilik.

Ermənistan Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın işinə qayıtmaq niyyətində deyil.

Operativ Media Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.

"Xeyr, biz belə bir məsələni müzakirə etmirik", - o vurğulayıb.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl jurnalistlərə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiyanın işini heç kim dayandırmayıb: "Hazırkı mərhələdə durğun vəziyyətdədir".

Seçilən
121
3
operativmedia.az

4Mənbələr